Xəbər verildiyi kimi, 2011-ci ildən fəaliyyət göstərən “ARAZ SUPERMARKET” və 2008-ci ildən fəaliyyətdə olan “FAVORİT-MARKET” şəbəkələri birləşərək pərakəndə sektorda birgə fəaliyyətə qərar verdiklərini bəyan ediblər.
Birləşmənin bəzi detalları məlum olub. Birləşmə təcrübə, marketinq və PR dəstəyini nəzərdə tutur. "ARAZ Supermarket"dən bildirildi ki, birləşmə satınalma deyil, "birgə fəaliyyətdir".
Hal-hazırda“FAVORİT” adının ləğv edilərək “ARAZ”a dəyişdirilməsi müzakirə mövzusu deyil. “FAVORİT” brendinin qorunub saxlanılacaq.
“Araz Supermarket” şirkəti Azərbaycanda iri istehsal və idxal şirkəti olan “Veysəloğlu” qrupuna daxildir. Bu səbəbdən şirkət mal tədarükündə bazarda üstünlüyə malikdir.
Alıcılar “FAVORİT-MARKET”də qiymətlərin yüksək olduğundan şikayət edrlər. Bu şəbəkənin “Araz Supermarket”ə birləşməsi birinciyə daha münasib qiymətlər təklif etməyə imkan verə bilər.
“Qiymət siyasəti bazara uyğun tənzimlənəcək. Biz müştərilərə daha münasib qiymətlər təklif edəcəyik. Bu birəşmənin əsas səbəbi istehlakçılara daha yaxşı xidmət göstərməkdir”,- “Araz Supermarket”dən bildirilib.
Qeyd edək ki, “ARAZ”, "SPAR" supermarketləri və "OBA" marketləri “Veysəloğlu” Şirkətlər qrupuna məxsusdur.
“ARAZ” 70-ə yaxın, "FAVORİT" isə 16 şöbəyə malikdir.
Marja©