Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2018-ci il dövlət büdcəsində 4 mlrd. 68,3 mln. manat vəsait nəzərdə tutulub ki, bu da 2017-ci ilin göstəricisindən 5,2% çoxdur.
Azərbaycanın milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinin xüsusi çəkisi 2018-ci il dövlət büdcəsi xərclərinin 19,5%-ni təşkil edəcək. Bütövlükdə bu maddələr üzrə xərclər 5,2% artaraq 4 mlrd. 68,3 mln. manata (cari məzənnə üzrə $2,4 mlrd.-a yaxın) bərabər olacaq.
Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üzrə nəzərdə tutulmuş vəsaitin 2 mlrd. 738,7 mln. manatı (cari məzənnə üzrə təxminən $1,6 mlrd.) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə (2017-ci ilə nisbətən 3,7% çox), 1 mlrd. 329,5 mln. manatı (artım 8,6%) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərində nəzərdə tutulub.