Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.
Belə ki, hazırda bu rəqəm təxminən 3 aylıq fasilədən sonra yenidən 100 mln. manat təşkil edir.
Notların orta illik gəlirliliyi isə 12,01%-dir.
Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. Qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi 2008-ci ilin yanvar ayında (273,36 mln. manat), ən yüksək gəlirliliyi isə ötən ay (14,98%) qeydə alınıb.