Afrika Birliyi beynəlxalq kredit reytinq agentliklərinin Afrika ölkələrinə yanlış reytinqlər verdiyi qənaətindədir.
"Fitch Ratings" bizə qarşı xəsislik edib, qeyri-dəqiq, mübahisəli rəqəmlər verib" - Maliyyə Nazirliyi “Fitch Ratings"dən narazıdır
Afrika Birliyi (AU) qitədəki ölkələri "ədalətsiz" olaraq qiymətləndirdiyi "böyük üçlük" beynəlxalq reytinq agentliklərinə alternativ təşkilatın gələn il fəaliyyətə başlayacağını açıqlayıb.
FED.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Afrika İqtisadi Şurası (UNECA) üçün hazırlanan hesabata görə, Moody's, Fitch və S&P reytinqlərində əhəmiyyətli səhvlərə yol versələr də, qlobal maliyyə qərarlarına və kapital axınına təsir göstərməkdə davam edirlər.
Hesabatda bildirilir ki, Qana prezidenti Nana Akufo-Addo bu qurumları hökumətləri kapital bazarlarından kənarlaşdıran əsassız endirmələr yolu ilə inkişaf etməkdə olan ölkələrdə maliyyə çətinliklərini artırdıqlarına görə tənqid edib.
Tənqidləri nəzərə alan Afrika Birliyi qitə ölkələrinə kredit vermə riskini qiymətləndirmək üçün qrupun müstəqil qurumu kimi Afrika Kredit Reytinq Agentliyini yaratmaq istəyir.
Son təhlillərindən sonra “böyük üçlük” Afrikadakı ölkələrin kredit reytinqlərinin aşağı düşmə tendensiyasını davam etdirdiyi və bu ilin birinci yarısında beş iqtisadiyyatın reytinqinin aşağı salındığı qənaətinə gəliblər.
UNECA üçün hazırlanan hesabatda vurğulanır ki, bu tendensiya Afrika İnkişaf Bankının 2023-cü il üçün proqnozlaşdırdığı iqtisadi canlanma nikbinliyini əks etdirmir.
Hər üç reytinq agentliyi hər hansı qərəzliyi inkar edir və onların reytinqlərinin bütün dünyada eyni düstura uyğun olduğunu bildirir. (Azərtac)