Maliyyə Nazirliyi bu ilin iyun ayında "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə müqayisədə “Fitch Ratings" beynəlxalq reytinq agentliyinin ötən gün dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” səviyyəsində, reytinq üzrə proqnozun isə “pozitiv” təsdiq etməsini müsbət hal kimi qiymətləndirir.
Baxmayaraq ki, Nazirlik daha əvvəl bəyan etdiyi kimi, hər iki agentliyin ölkəmizin kredit reytinqi məsələsinə xəsislik nümayiş etdirdiyi fikrində qalır.
"Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində - TƏSDİQLƏYİB
FED.az-ın məlumatına görə, Maliyyə Nazirliyindən bildirilib ki, “Fitch Ratings"in hesabatında bir sıra qeyri-dəqiq və mübahisəli rəqəmlər, proqnozlar verilib, eləcə də Azərbaycan tərəfindən qəbul edilməyən qiymətləndirmələr aparılıb”.
Nazirlik reytinq işinin müstəqilliyinə və obyektivliyinə hər hansı xələl gətirmədən hesabatda əks olunan məlumat və qiymətləndirmələrə dair Azərbaycanın aidiyyəti dövlət orqanlarının şərhlərinin də agentlik nümayəndələri tərəfindən əldə olunmasını və istifadə edilməsini zəruri və faydalı hesab edir (Report).