Bu ilin I yarısında Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş 1 274 müraciət təmin edilib.
Dövlət Xidməti sayğaca görə əlavə pul yığan MTK-la bağlı Baş Prokurorluğa - MÜRACİƏT EDİB
FED.az xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tviter hesabında bildirib.
Təmin edilmiş müraciətlər üzrə 186 010 manat vəsaiti sahibkarlıq subyektləri istehlakçılara geri qaytarıb, 34 687 manat dəyərində dəymiş ziyan ödənilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə təmin edilmiş istehlakçı müraciətlərinin sayında 7,5 % artım olub. Belə ki, ötən ilin müvafiq dövründə Dövlət Xidmətinə daxil olmuş 1 185 müraciət təmin olunub, 169 286 manat vəsait istehlakçılara qaytarılıb, 15 080 manat dəyərində dəymiş ziyan ödənilib.