Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş siyahıya əsasən gələn il ekologiya, kənd təsərrüfatı və sosial sahələr üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 8 sentyabr 2026-cı il tarixli Sərəncamı ilə 2027-ci il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı təsdiq edilib. Siyahıya əsasən ekologiya, kənd təsərrüfatı və sosial sahələrdə strateji əhəmiyyət daşıyan layihələrin özəl sektorla sıx əməkdaşlıq formasında həyata keçirilməsi planlaşdırılır.
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu layihələr ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, investisiyaların artırılması və innovativ həllərin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Layihələr barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək olar.













