2023-cü ilin yanvar-oktyabr aylarında Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş 6,1 min ədəd minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi tədarük edilib.
Dünya Bankı: Azərbaycan idxal etdiyi avtomobilin - 5%-Nİ İXRAC EDİB
FED.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi bildirir.
Hesabat dövründə tədarükün dəyəri $118,3 milyon təşkil edib.
ÇXR Baş Gömrük İdarəsi ötən ilin müvafiq dövrü ilə bağlı məlumatı açıqlamayıb.
Oktyabrda Çindən Azərbaycana sərnişin daşımaları üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı sentyabr ayına nisbətən miqdar ifadəsində 21% - təxminən 700 ədədə qədər azalıb, dəyər ifadəsində isə 7,6% - $15,8 milyona qədər artıb. (İnterfaks-Azərbaycan)