Qarşıdakı günlərdə güclü və davamlı yağışlar gözlənilir. Belə havalarda ən yaxşı tədbir yağış başlamamış hazırlıq görməkdir.
Evinizdə damı, suötürücü boruları, pəncərələri və eyvanı yoxlayın. Balkonda və həyətdə küləklə hərəkət edə biləcək əşyaları yığışdırın. Zirzəmi və qarajı da nəzərdən keçirin, su keçə biləcək yerləri mümkün qədər bağlayın. Elektrik cihazlarını döşəmədə saxlamayın.
Avtomobil sahiblərinə isə xüsusilə diqqətli olmağı tövsiyə edirik. Güclü yağış zamanı imkan varsa, avtomobildən istifadə etməyin və onu su basa biləcək ərazilərdə saxlamayın.
Ümumiyyətlə çalışın avtomobildən istifadə etməyin, amma yola çıxmalı olsanız, sürəti azaldın, öndəki avtomobillə məsafəni artırın və qəfil manevrlərdən çəkinin. Su basmış yollara, tunellərə və yeraltı keçidlərə daxil olmayın. Yola çıxmazdan əvvəl şüşəsilənləri, təkərləri və əyləc sistemini yoxlamaq da faydalıdır.
Güclü külək zamanı avtomobili ağacların, reklam lövhələrinin və köhnə tikililərin altında saxlamayın.
Yağışın qarşısını almaq mümkün deyil. Amma təhlükəyə çevrilməməsi üçün əvvəlcədən tədbir görmək öz əlimizdədir.














