Çexiyanın CSG şirkəti Azərbaycandan olan tərəfdaşı ilə birgə 2027-ci ildən özüyeriyən haubitsa istehsal etməyi planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, Bakıda keçirilən ADEX-2026 sərgisində şirkət yerli tərəfdaşla Azərbaycanda bu ilin dekabrında ikinci birgə müəssisəni yaradılacağını elan edib.
Bildirilib ki, zamanla haubitsanın istehsal texnologiyası və yeniliklər Azərbaycana ötürüləcək.
Şirkət layihənin icra ediləcəyi yeddi il ərzində gəlirin 1,8 milyard avro təşkil edəcəyini proqnozlaşdırır.
CSG-nın məlumatında vurğulanıb ki, məxfilik şərtlərinə görə, hansı tip haubitsanın istehsal ediləcəyi və hansı yerli şirkətlə əməkdaşlıq ediləcəyi açıqlanmır.
Qeyd edək ki, buna qədər CSG Azərbaycanda birgə müəssisə olan “VEXA DS” MMC yaradıb. Adıçəkilən MMC zirehli və digər yerüstü hərbi texnikanın təmiri, texniki xidməti və modernləşdirilməsi ilə məşğul olur. www.bilikli.net












