Rusiya-Ukrayna müharibəsi və rus vətəndaşlarının Gürcüstana axını qonşu ölkədə bütün sahəçlərdə olduğu kimi daşınmaz əmlak bazarında da qiymətləri artırıb.
Bakıda evlər - BAHALAŞDI - QİYMƏTLƏR
FED.az TBC Capital şirkətinə istinadən xəbər verir ki, ötən ildən başlayan bahalaşma 2023-cü ildə də davam edir.
Fevral ayında Tbilisidə satılan əmlakların sayı yanvardan 19% artıq olub. Fevralda şəhərdə 3383 mənzil satılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12% artıqdır.
Əmlakların satışı ilə yanaşı, onların satış və kirayə qiymətləri də sürətlə artmaqdadır.
Belə ki, fevralın sonuna Tbilisidə mənzillərin orta qiyməti 1 kvadratmetr üçün 1136 dollar təşkil edib. Bu yanvar ayı ilə müqayisədə 3%, ötən ilin yfevralından isə 30% artıqdır.
Nəticədə əmlak bazarının həcmi (yəni satışda olan əmlakların ümumi qiyməti) 261 milyon dollar təşkil edib ki, bu da son bir ildə 48%, son bir ayda isə 24% artım deməkdir.
Amma ən ciddi artım Tbilisidə kirayə haqlarında baş verib. «TBC Capitoal»ın hesablamasına görə, fevralın sonunda Tbilisidə 1 kvadaratmetrin kirayə haqqı 13,1 dollara yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 125% və ya 2,2 dəfə artıqdır. Təkcə yanvar ayında Tbilisidə kirayə haqları 5,1% artıb.
Kirayə haqlarının kəskin artması Tbilisidə əmlakın gəlirliyini də artıraraq ildə 12,25-ə yüksəldib, yəni əmlak bazarı dollar əmanətləri ilə müqayisədə öz cəlbediciliyini qoruyur.
Bankın proqnozlarına görə, Tbilisidə əmlakın satış və kirayə qiyməti bundan sonra da sürətlə artacaq.
Belə ki, 2023-cü ildə Gürcüstan paytaxtında əmlakın satış qiymətinin 21%, kirayə haqlarının isə 53% artacağı gözlənilir.
Təkcə fevral ayında Tbilisidə 746 yeni mənzil satılıb.
Tbilisidə ən çox mənzil Didi-Diqomi rayonunda satılıb. Yeni mənzillərin satışına gəlincə, daha çox artım Nadzaladevidə qeydə alınıb - 250% artım.
Tbilisidə ən bahalı mənzillər həmişə olduğu kimi, yenə də Mtasminda və Vakedədir. Burada mənzillərin 1 kvadratmetrinin qiyməti 1800 dollardan yüksəkdir.