Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Bakıda növbəti güzəştli mənzil seçimi yekunlaşıb.
***
Azərbaycanda 600-dən artıq mənzilin güzəştli satışa çıxarıldığı onlayn qeydiyyat-satış prosesi 1 dəqiqə ərzində baş çatıb.
FED.az xəbər verir ki, bu barədə satış prosesini izləyən İT sahəsi üzrə blogger Farid Pardaşünas məlumat yayıb.
Qeyd edək ki, mənzillərin satışı prosesi saat 11-də başlamışdı. Güzəştli mənzillərin satışı təşkil edən Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) hələlik satışla bağlı rəsmi məlumatı açıqlamayıb.
Xatırladaq ki, MİDA tərəfindən güzəştli mənzillərin satışı üzrə elan olunmuş seçmə mərhələsi bu gün başlayıb.
Lənkəranda ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 266 MANATDAN - ŞƏRTLƏR
Satışa ümumilikdə 627 mənzil çıxarılıb. Mənzil satışının dekabrın 12-si saat 11:00-dək davam edəcəyi gözlənilir.
Elana əsasən, mənzillər aşağıdakı yaşayış kompleksləri üzrə təqdim olunur:
Hövsan Yaşayış Kompleksi – I mərhələ üzrə 1 mənzil, II mərhələ üzrə 7 mənzil
Birinci mərhələsi üzrə: 2 otaqlı mənzilin qiyməti – 54 815 manatdır.
İkinci mərhələsi üzrə: 4 otaqlı mənzillərin qiyməti – 94 050 manatdır.
Sumqayıt Yaşayış Kompleksi – 10 mənzil
Studio tipli mənzillərin qiyməti – 50 200 manat,
4 otaqlı mənzillərin qiyməti – 105 800 manatdan başlayır.
Lənkəran Yaşayış Kompleksi – 10 mənzil
3 otaqlı mənzilin qiyməti – 61 965 manat,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Binəqədi Yaşayış Kompleksi – 204 mənzil
Studio tipli mənzillərin qiyməti – 48 120 manat,
2 otaqlı mənzillərin qiyməti – 69 240 manat,
3 otaqlı mənzillərin qiyməti – 87 480 manat,
4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdan başlayır.
Şirvan Yaşayış Kompleksi – 216 mənzil
2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,
3 otaqlı mənzillərin qiyməti – 69 160 manat,
4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdır.
Yevlax Yaşayış Kompleksi – 179 mənzil
Studio tipli mənzillərin qiyməti – 41 040 manat,
1 otaqlı mənzillərin qiyməti – 43 225 manat,
2 otaqlı mənzillərin qiyməti – 55 575 manatdan başlayır,
3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,
4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.










