Xəbər verildiyi kimi, Mənzil İnşaatı Dövlət Agentliyi ölkə üzrə yeni güzəştli mənzillərin satışını elan edib.
FED.az xəbən verir ki, bu dəfə yeni mənzillər Hövsan, Sumqayıt, Binəqədi, eləcə də ilk dəfə olaraq ölkənin bölgələri Şirvan, Lənkəran və Yevlax yaşayış komplekslərində satışa çıxarılıb.
Təcili: Azərbaycanda aylıq 176 manat ödənişlə mənzillər – satışa çıxarıldı – SİYAHI, ÜNVANLAR
Binəqədidə ucuz mənzillər satışa çıxarıldı – AYLIQ 207 MANATDAN - ŞƏRTLƏR
Satışa çıxarılan 627 mənzildən 10 mənzil Lənkəran rayonundakı Yaşayış Kompleksində yerləşir. Lənkərandaki mənzillər Lənkəran rayonu, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən yaşayış kompleksindədir.
Mənzillərin satışı 3 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək.
MİDA elan edib ki, gözləmə qaydasında mənzillərin seçimi 9 dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr 2025-ci il tarixi saat 11:00-dək davam edəcək. Sözügedən mənzillər “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada satılacaq.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.
Xatırladaq ki, satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Onların hamısına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən mənzillərə mülkiyyət hüquqlarına dair “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”lar verilmişdir.
Lənkəran Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən 1-i 3 otaqlı, 9-u isə 4 otaqlıdır.
Lənkəran Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:
|
Bina № |
Binanın yerləşdiyi tikinti sahəsi (m²) |
Binada mərtəbə sayı |
Binaya giriş sayı |
Mənzillərin otaqlarının sayı |
Mənzillərin sayı |
Mənzillərin daxili perimetr üzrə sahəsi (m²) |
Mənzillərin xarici perimetr üzrə sahəsi (m²) |
Baş podratçı / ünvanı |
Tikinti-quraşdırma və təmir işlərinin başaçatma tarixi |
|
1 |
852.26 |
9 |
2 |
4 |
1 |
114.6 |
135.6 |
"Araz İnşaatçı" MMC, AZ1072, Bakı şəhəri Nərimanov rayonu, İ.Həsənoğlu küç., məhəllə 851, mənzil 10/86. |
01.03.2024 |
|
2 |
810.2 |
9 |
2 |
4 |
4 |
114.6 |
135.6 |
||
|
3 |
719.34 |
9 |
2 |
4 |
3 |
99 |
119.4 |
"Merkuri-İnşaat" MMC, AZ2600, Xankəndi şəhəri. |
01.03.2024 |
|
4 |
723.55 |
9 |
2 |
3 |
1 |
72.9 |
85.2 |
||
|
4 |
1 |
99 |
119.4 |
Mənzillərin qiymətləri
3 otaqlı mənzilin qiyməti – 61 965 manat,
4 otaqlı mənzillərin qiyməti – 84 150 manatdan başlayır.
Mənzillərin satış qiymətinə ƏDV daxildir.
Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti ilə aldıqda:
|
İllik faiz dərəcəsi |
Müddət |
Aylıq ödəniş* |
|
|
3 otaqlı |
4 otaqlı |
||
|
4% |
3-30 il |
266 manat |
362 - 419 manat |
|
* Aylıq ödəniş – mənzil minimal ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda. |
|||












