Azərbaycanda mənzillərin kirayə üsulu ilə satışı sürətlə artmağa başlayıb.
Eləcə də bax: İpoteka və Kredit-Zəmanət Fondu kirayə müqavilələrinin sayını - AÇIQLAYIB
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim edilən məlumiatlar göstərir ki, kirayə usulu ilə ev alanların sayı hər il ikiqat artır.
İndiyədək bu üsulla 2463 kirayəçi mənzil sahibi olub. İlin axırına bu rəqəm 3 minə yaxınlaşacaq.
Artımın səbəbi vətəndaşların kirayə üsulunun sərfəli olmasını başa düşməsidir. Qeyd edək ki, yeni başlayanda ictimaiyyətin tərəddüdlə yanaşdığı kirayə üsulu ilə satış - hazırda əmlak almaq üçün xərc baxımından ən sərfəli variantlardan birinə çevrilib.
Fondun sentyabrın 29-da jurnalistlər üçün təşkil etdiyi təlimin məqsədlərindən biri də, kirayə ilə satış üsulunun təfərrüfatları, bununla bağlı fondu planlarını açıqlamaqla yanaşı, ictimaiyyəti bu barədə məlumatlandırmaq idi.
Xatırladaq ki, rəsmi olaraq «Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi» adlanan mexanizm çərçivəsində vətəndaşlar fondun təqdim etdiyi mənzilləri uzunmüddətli kirayəyə götürür, kirayə haqqı kimi, ödənilən məbləğ həm
deyəndə, fondun kirayə verilən mənzili sonda vətəndaşa satması nəzərdə tutulur.
Hazırda kirayə evlər 4 ərazidə - Bakı, Sumqayıt, Xırdalan və Masızırda, 11 kompleksdə təqdim edilir. İKZF-nin kirayə mənzil departamentinin direktor müavini Aslan Zeynalov bildirir ki, artıq bəzi komplekslərdə mənzillərin hamısı satılıb. Amma hələ indi də ayda 268 manat ödənişlə mənzil tapmaq mümkündür.
Kirayə mənzilərə maraq təkcə ilkin ödənişin və aylıq ödənişin az olması ilə bağlı deyil. Yeni gəlmişkən, «ilkin ödəniş» adlanan məbləğ 12 aylıq ödəniş qədərdir və kirayə dövrünün sonunda nəzərə alınır, yəni faktiki olaraq ilkin ödəniş də sayılmır. Müqayisə üçün bildirək ki, adi və daxili ipoteka kreditləri ilə ev aldıqda ilkin ödəniş evin qiymətinin 15-30 faizdən başlayır.
Mənzillərə diqqəti artıran mühüm məqam ev almaq üçün digər üsullarla müqayisədə müştərilərə tələblərin daha yumşaq olmasıdır.
Məsələ bundadır ki, ipoteka krediti ilə satışdan fərqli olaraq kirayə ilə satılan ev alıcını adına axırda - pulu tam ödəniləndən sonra keçir. Ona görə də fond bu üsulla evi daha rahat şəkildə təqdim edə bilir.
Əvvəla, alıcalara qarşı tələblər sərt deyil, təsəvvür edin, hətta kredit tarixçəsi korlanmış şəxslər də kirayə üsulu ilə ev götürə bilərlər. Sadəcə başqalarından fərqli olaraq onların gəliri hesablananda ailə üzvlərinin adambaşına 210 manat çıxılacaq. Yəni 1500 manat aylıq maaşı və 4 ailə üzvü olan problemli müştərinin aylıq ödəmə qabiliyyəti 660 manat (1500 manat - 4 X 210 manat) götürüləcək, normaldır.
Kredit tarixçəsi olmayanlarda adambaşına 105 manat çıxılacaq, yuxarıdakı misalı nəzərə alsaq müştərinin aylıq ödəmə qabiliyyəti 1080 manat (1500 - 4 X 105 manat) edəcək. Kredit tarixçəsi yaxşı olanlar isə ümumiyyətlə bütün gəlirləri ilə ödəmə edə bilərlər.
Amma əsas məsələ bu şərtlərin də getdikcə yumşalmasıdır. Yuxarıda qeyd edildiyi kimi, kirayə verilən mənzilin müştərinin adına yalnız pul ödəniləndən sonra keçməsi, fonda tələbləri yumşaltmaq üçün geniş imkanlar yaradır.
Belə ki, kirayə ilə ev almaq üçün əmək müqaviləsi ilə işləmək tələbi yoxdur, VÖEN-lə işləyənlər də kirayə ilə ev ala bilərlər, üstəlik, hətta VÖEN-i olmayanlar sabit vergi ödəyənlər, məsələn bərbərlər də kirayə ev ala bilərlər. Fond onların aylıq gəlirini xüsusi düstarla hesablayır. Məsələn 6 ayadək bərbər işləyənlərin aylıq gəliri 600 manat, 6-12 ay işləyənlərin aylıq gəliri 900 manat, 12 aydan çox işləyənlərin aylıq gəliri isə 1200 manat götürülür.
Gəlir mənbəyi ilə bağlı da tələb yoxdur – hətta pensiya və ya aliment hesabına da kirayə ev almaq olar.
4 mart 2022-ci ildə isə prezidenin fərmanı ilə tələblər növbəti dəfə yumşaldılıb. Bu dəfə yumşalma kirayəyə götürülən evlərlə bağlıdır – əvvəlki qaydaya görə, kirayə ev götürən şəxs onu yalnız 3 ildən sonra başqasına sata (satmaq deyəndə kirayə hüququnun ötürülməsi nəzərdə tutulur) və ya bağışlaya, pulunu bağlaya bilərdi. İndi isə bu müddət yoxdur. Kirayə haqqını ödəyə bilməyəcəyini görən istənilən şəxs bu hüququ başqasına ötürə bilər: «Çünki bəzi hallarda vətəndaşlar gəlirlərini itirdiklərinə görə çətinliklərlə rastlaşa bilərdilər»- deyə A.Zeynalov dəyişikliklərin səbəblərini izah edir.
Tam ödəniş edərək pulu bağlamaq üçü vaxt tələbi də aradan qaldırılıb, əvvəl bu müddət 3 il idi, indi limit yoxdur: «Hələlik belə hal olmasa da bu barədə corğular çox idi».
Yeri gəlmişkən, pulu vaxtından əvvəl ödəyənlər üçün güzəştlər də nəzərdə tutulub. Fond nümayəndəsi bildirir ki, güzəştin hesablanması ilə bağlı ayrıca güzəşt kalkulyatoru da var. Vətəndaşlar pul tez ödəyəcəkləri halda alacaqları güzəşti buradan öyrənə biləcəklər.
Sadələşmələr müraciət üçün tələb olunan sənədlərə də aid olub. Hazırda kirayə ev almaq üçün müraciət üçün cəmi 1 sənəd tələb olunur məhkumluq arayışı, yalnız bu sənəd kağız kimi tələb edilir, qalan məlumatlar ümumi bazadan götürülür.
«Bəzən hesabdan çıxarışın tələb edildiyi barədə məlumatlar da yayılır, bunu ona görə tələb edirlər ki, vətəndaşların əlavə gəlirləri də nəhərə alınsın və daha yaxşı şərtlərlə kirayə ala bilsinlər» - deyə fond nümayəndəsi bildirir və əlavə edir ki, kirayə üçün müracət cəmi 3 günə həll edilir.