Bu günədək Azərbaycanda 2 462 mənzil kirayəsi müqaviləsi imzalanıb.
Eləcə də bax: İKZF ipoteka kreditləri üzrə marjasını - AÇIQLAYIB
FED.az xəbər verir ki, bunu İpoteka və Kredit-Zəmanət Fondunun Kirayə mənzil departamentinin direktoru Aslan Zeynalov KİV üçün məşğələ zamanı deyib.
"Təklif olunan mənzillərin ümumi sayı 2 852, qalan mənzillərin sayı 390 təşkil edir. Müraciət edənlərin 51 faizdən çoxu dövlət sektorunda, 49 faizə yaxını özəl sektorda işləyir. Müraciət edənlərin orta aylıq gəliri 1 300 manat, orta aylıq ödənişi qabiliyyəti 1 140 manatdır", - deyə o bildirib.