2026-cı il dövlət büdcəsində əhalinin mənzilə olan tələbatının ödənilməsi və güzəştli şərtlərlə mənzil əldə edilməsinə dəstək vermək üçün İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat vəsait ayrılacaq.
FED.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.
Belə ki, 2026-cı ilin dövlət büdcəsində İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması və sahibkarlar tərəfindən banklardan manatla alınmış (2018-ci il yan-varın 1-dən 2026-cı il dekabrın 31-dək olan dövr) kreditlərə hesablanmış faizlərə görə subsidiyanın verilməsi üçün ümumilikdə 100 milyon manat nəzərdə tutulub.
Digər əsaslı xərclər üçün 1 milyard 258 milyon manat nəzərdə tutulub. Bu vəsaitin 85 milyon manatı İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına yönəldiləcək.










