İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may ayları ərzində 1 481 yeni icarə müqaviləsi bağlanılıb.
40 mindən çox əmlak “kupça” alacaq – BU TARİXƏ QƏDƏR
Xidmətdən FED.az-a verilən məlumata görə, bunlardan 313-ü qeyri-yaşayış sahələri üzrə, 1 168-i isə torpaq sahələrinə dair olub.
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən cari ilin ilk beş ayı ərzində dövlət büdcəsinə 14 milyon manat vəsaitin ödənilməsi təmin olunub və proqnoz 153,2 faiz icra olunub. Dövlət əmlakının icarəsindən daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb.