“Yeni dəyişikliklər nəzarətin gücləndirilməsi ilə yanaşı, müəyyən dövrdə qanunsuz tikilmiş və istismara yararlı qeyri yaşayış obyektlərinin çıxarışla təmin edilməsinə, gələcəkdə qanunsuz tikililərin qarşısının alınmasına xidmət edəcək”.
FED.az xəbər verir ki, deputat Vüqar Bayramov Prezident İlham Əliyevin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanı şərh edərkən deyib. Deputat bildirib ki, yenə sənədlə bu il iyunun 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və dayanıqlılıq və möhkəmlik baxımından müayinə nəticələri müsbət olan qeyri-yaşayış təyinatlı binaların istismarına sadələşdirilmiş qaydada icazə verilməsi nəzərdə tutulur:
Vüqar Bayramov ilkin qiymətləndirmələrə görə, 40 mindən çox sənədsiz əmlak sadələşdirilmiş formada çıxarış (kupça) ala biləcəklərini vurğualyıb: