30 yanvar 2023-cü il tarixində “Bakı İnşaat-1” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Azərbaycanda daha bir şirkət ləğv edilir – TOPLANTI
FED.az xəbər verir ki, iclasda Cəmiyyətin 2022-ci ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı, Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi, Cəmiyyətin idarəetmə orqanlarının və təftiş komissiyasının formalaşdırılması və digər məsələlər müzakirə ediləcək.
İclas göstərilən tarixdə saat 11.00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllədə keçiriləcək. Ümumi yığıncaqda bütün səhmdarların şəxsiyyətini təsdiq edən sənədlə iştirakı vacibdir.