«Mingəçevir Ağac Emalı» ASC ləğv ediləcək.
«Türk Hava Yolları»nın səhmləri bir ildə - 5 DƏFƏ BAHALAŞDI - «LÜFTHANSA»NI GERİDƏ QOYDU
FED.az xəbər verir ki, 2023-cü il yanvarın 21-də «Mingəçevir Ağac Emalı» ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Ümumi yığıncaqda Cəmiyyətin ləğv edilməsi, Ləğvetmə komissiyasının yaradılması və Digər məsələlər müzakirə ediləcək. Toplantı cəmiyyətin yerləşdiyi ünvanda Mingəçevir şəhəri, Gəncə şossesi 8-də keçiriləcək.
«Əgər səhmdarların gündəlikdəki məsələlərə aid hər hansı sualı olarsa, onda iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətin icra orqanına müraciət edə bilərlər. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir»-deyə şirkətdən bildirilib.