Bakıda obyektlərin qiymətləri bahalaşıb.
FED.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Ülvü Əliyev deyir ki, son bir il ərzində 3 dəfə əmlak qiymətlərində bahalaşma olub.
Onun sözlərinə görə, bu gün bakıda xüsusilə biznes məqsədləri üçün qeyri-yaşayış sahələri almaq istəyənlərin sayı artıb.
"Buna paralel olaraq qiymətlər də yüksəlib."
O, qiymət artımın səbəblərini açıqlayaraq qeyd edir ki, sənədsiz obyektlərin satışı çox çətindir. Üstəlik bu obyektlərin alqı-satqısında müəyyən əngəllər yaranır. Bu səbəbdən də bazarda az sayda qeyri-yaşayış sahələri təklif edilir.
Ekspert onu da qeyd etdi ki, sənədsiz qeyri-yaşayış sahələrinə çıxarışın verilməsi prosesinə başlanılması da bazarada öz təsini göstərəcək.
Sənədləşmə işi tam başa çatdıqdan sonra obyeklərin sayından asılı olaraq qiymətlərdə ucuzlaşma olacağı da istisna edilmir. (Xezerxeber.az)