2025-ci ildə Azərbaycanda ümumilikdə 35 390 mənzil istifadəyə verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu, 2024-cü illə müqayisədə 15 241 ədədə və ya 75,6% artım deməkdir. Ümumi sahə baxımından isə artım daha kəskindir: istifadəyə verilmiş mənzillərin ümumi sahəsi 2 milyon 268 min kvadrat metrə yaxın (96,0%) artaraq 4 milyon 629 min 527,7 kvadrat metr təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə 20 149 mənzil və ümumi sahəsi 2 milyon 361 min 591,9 kvadrat metr olan yaşayış evləri istifadəyə verilmişdi.
Hesabar ilində Azərbaycanda əhali tərəfindən tikilən fərdi yaşayış və bağ evlərinin sayında kəskin artım qeydə alınıb. İl ərzində bu kateqoriya üzrə 25 350 ev istifadəyə verilib.
Bu, 2024-cü illə müqayisədə 13 848 vahid və ya 2,2 dəfə artım deməkdir. Tikilən evlərin ümumi sahəsi də müvafiq olaraq 2,2 dəfə artaraq 2 milyon 69 min kvadrat metr artımla 3 milyon 759 min 504,5 kvadrat metrə çatıb.
Xatırladaq ki, 2024-cü ildə əhali tərəfindən 11 502 ev tikilmişdi və onların ümumi sahəsi 1 milyon 689 min 930,8 kvadrat metr olmuşdu.
2025-ci ildə dövlət müəssisələri tərəfindən inşa edilən yaşayış evlərinin sayında və sahəsində kəskin azalma müşahidə edilib.
Hesabat dövründə dövlət şirkətləri 1 079 mənzil təhvil verib ki, bu da ötən illə müqayisədə 1 227 vahid və ya 53,2% (2,1 dəfədən çox) azalma deməkdir. Təhvil verilən mənzillərin ümumi sahəsi də eyni nisbətdə (-53,2%) azalaraq 83 min 117,6 kvadrat metr təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə dövlət müəssisələri tərəfindən 2 306 mənzil və ümumi sahəsi 177 min 719,3 kvadrat metr olan yaşayış evi istifadəyə verilmişdi.
Bununla yanaşı qeyri-dövlət (özəl) müəssisələri tərəfindən inşa edilən yaşayış evlərinin sayında və sahəsində əhəmiyyətli artım qeydə alınıb.
İl ərzində özəl şirkətlər 8 961 mənzil istifadəyə verib ki, bu da 2024-cü illə müqayisədə 2 620 vahid və ya 41,3% artım deməkdir. İnşa edilən mənzillərin ümumi sahəsi isə daha sürətlə artaraq 293 min kvadrat metrə yaxın (+59,3%) artımla 786 min 905,6 kvadrat metr təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə qeyri-dövlət müəssisələri tərəfindən 6 341 mənzil və ümumi sahəsi 493 min 941,8 kvadrat metr olan yaşayış evi istifadəyə verilmişdi.










