Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri daha bir iri məbləğli tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Turan.İ.O.” şirkəti seçilib.
Tenderdə 5-ci yaşayış massivi, məhəllə O-140 üzrə binaların tikintisi işlərinin satın alınması nəzərdə tutulur.
Qalib şirkətə bunun üçün 8 milyon 228 min 723,62 manatdır.
Qeyd edək ki, “Turan İ.O.” MMC 2018-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nicat Hüseyinov İldırım oğludur. Hüquqi ünvanı AZ1012, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, m. 46 ünvanında yerləşir.