İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 3 kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib.
Eləcə də bax: Azərbaycanda daha 21 dövlət əmlakı - ÖZƏLLƏŞDİRİLİB
FED.az quruma istinadən xəbər verir ki, satılmış əmlaklar İmişli, Lənkəran və İsmayıllı rayonlarında yerləşir, xidmət və emal sahələrinə aiddir.
Onlar torpaq sahələri ilə birgə özəlləşdirilib. Həmin dövlət əmlakları üzrə dövlət büdcəsinə 67 500 manat ödənilməsi nəzərdə tutulur.
Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3ysd2Ow )
Növbəti hərrac mayın 17-də keçiriləcək. Hərraca 10 kiçik dövlət müəssisə və obyekti çıxarılacaq.