2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 883 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54 obyekt çoxdur.
Eləcə də bax: Azərbaycan şirkəti Ukraynada daşınmaz əmlak obyektləri tikəcək
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı məlumat verir.
Məlumata görə, 2020-ci ilin sentyabr ayında Azərbaycan vətəndaşları Türkiyədə 183 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin sentyabrından 65 obyekt çoxdur.
2020-ci ilin sentyabr ayında Türkiyədə 136 744 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azdır.
2020-ci ilin sentyabr ayında Türkiyədə 5 269 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 26,1 faiz çoxdur. (Trend)