“Az İnvest İnşaat” QSC 2021-ci ili 1 milyon 170 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə şirkətin mənfəəti 1 milyon 663 min manat olub ki, bu da illik müqayisədə 30% azalmadır.
Eləcə də bax: Bakıda "Paşa Holdinq"in yeni biznes mərkəzi işə düşdü – İCARƏ QİYMƏTLƏRİ
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin maliyyə hesabatında bildirilir.
“Az İnvest İnşaat”ın ötən il əsas əməliyyat gəlirləri 16 milyon 190 min manat (əvvəlki ilə nisbətən 1.4 dəfə az) təşkil edib.
2021-ci ildə şirkətin cəmi aktivləri 9 milyon 683 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 0.4% artım deməkdir. Hesabat dövründə “Az İnvest İnşaat”ın öhdəlikləri 12% artaraq 8 milyon 112 min manat, kapitalı isə 1.5 dəfə azalaraq 1 milyon 571 min manat təşkil edib.
Xatırladaq ki, Azİnvest İnşaat QSC-nin əsas fəaliyyət növü yaşayış, ictimai və istehsalat obyektlərinin, həmçinin telekommunikasiya obyektlərin tikintisi, təmiri və yenidənqurma və digər tikinti – quraşdırma işləridir.