MƏLUMAT YENİLƏNİB (XƏBƏRİN SONUNA ƏLAVƏ OLUNUB)
Bakıda yeni biznes mərkəzi fəaliyyətə başlayıb.
FED.az xəbər verir ki, «Paşa Holdinq»ə məxsus olan «Port Baku Tower II» biznes mərkəzini «PASHA Property Management» təqdim edib. Dəniz mənzərəsi olan A-Klass biznes plaza PAŞA İnşaat tərəfindən inşa edilib. Burada 47 861 kv.m ofis sahəsi; 1051 kv.m ticarət sahəsi; 2471 kv.m kafe və restoranlar sahəsi; 865 parkinq yeri var.
Biznes mərkəzində icarə qiymətləridə yüksək həddədir. FED.az xəbər verir ki, mərkəzdə 1 kvadratmetrin icarə haqqı 39-40 manat, xidmət haqqı 10 manat təşkil edir. Nəticədə 1 kvadratmetnin xərci ƏDV-siz 49-50 manat, ƏDV ilə isə 57-58 manat təşkil edir.
Biznes mərkəzindəki ofis sahələrinin tamamilə icarəyə verildiyi təqdirdə «Paşa Holdinq» bu mərkəzdə təkcə ofis icarəsindən ayda 1,9 milyon manat gəlir əldə edəcək.
Mərkəzdə ofislərin minimum sahəsi 3-9-cu mərtəbələrdə 325 kvadratmetrdən, 10 və daha yüksək mərtəbələrdə isə 430 kvadrametrdən başlayır. Parkinq haqqı hər avtomobilə görə 250 manat təşkil edir.
YENİLİK:
May ayından etibarən «Port Baku Tower II» biznes mərkəzində icarə haqları bir qədər endirilib və 1 kvadratmetr üçün 39-40 manat deyil, 32 manat təşkil edir. Bu barədə FED.az-a şirkətdən bildirilib. Şirkətdən verilən məlumata görə, şərtlərin yuşaldılması çərçivəsində hər ofis üçün 1 avtomobil parkinqi pulsuz olacaq.