“Sumqayıt Kimya Sənaye Parkı” MMC 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin gəlirləri 22 milyon 150,8 min manat (2 dəfə və ya 11 milyon 199,2 min manat artım), xərcləri 22 milyon 134,8 min manat (2 dəfə və ya 11 milyon 304,7 min manat artım) olub.
Şirkət 2019-cu ili 15 min 976 manat mənfəətlə başa vurub. Bu 2018-ci ildəki mənfəətlə müqayisədə 7,6 dəfə və ya 105 min 565 manat azdır.
Xatırlada ki, şirkətin 2018-ci ildə mənfəəti 121 min 541 manat olmuşdu.
Ötən il MMC həmçinin işçi heyəti üçün 1 milyon 977,4 min manat xərcləyib. Bu göstərici 2018-də 1 milyon 22,2 min manat olmuşdu.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC 11 may 2012-ci ildə dövlət qeydiyyatına alınmışdır