Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ötən iln maliyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, agentliyin əsas əməliyyat gəlirləri olmayıb, sair əməliyyat gəlirləri isə 25 milyon 235 min manat olub.
Bu 2022-ci illə müqayisədə 21 milyon 339 min manat və ya 45,8% azdır.
İstifadə edilmiş material ehtiyatlarının dəyəri 286 min manat və ya 33,5% artaraq 1 milyon 140 min manata yüksəlib.
Hesabat dövründə şirkətin işçi heyəti üzrə xərcləri 12 milyon 25 min manat, amortizasiya xərcləri 907 min manat, digər əməliyyat xərcləri 10 milyon 598 min manat. sair əməliyyat xərcləri isə cəmi 1 934 manat olub.
İllik müqayisə ilə işçi heyəti üzrə xərcləri 1 milyon 18 min manat (9,2%), amortizasiya xərcləri 139 min manat (18,1%), sair əməliyyat xərcləri cəmi 600 manat (45%) artıb, digər əməliyyat xərcləri 23 milyon 345 min manat və ya 3,2 dəfə azalıb.
Hesabat dövründə agentlik mənfəət vergisi ödəməyib, 2023-cü ili 562 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ildə isə mənfəət və ya zərər etməyib.
KOBİA 2023-cü ildə 44 milyon 342 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 3 milyon 271 min manat və ya 6,9% azalıb.
Öhdəliklər isə 4 milyon 449 min manat və ya 25% azalaraq 13 milyon 424 min manata düşüb.
Balans kapitalında 2 milyon 178 min manat və ya 8% artım baş verib və 30 milyon 917 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 7 milyon 275 min manata bərabər olub ki, bu da 1 il əvvələ nisbətən 562 min manat və ya 8% çoxdur.