Azərbaycanın iri rabitə müəssisələrindən biri – Bakı Telefon Rabitə İstehsalat Birliyi 2019-cu ildə xalis mənfəətini iki qat artırıb.
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə BTRİB-in gəlirləri 8,2% artaraq 75 milyon 427 min manat olub.
Şirkətin xidmətlərinin maya dəyəri isə 5,8% artaraq 40 milyon 284 min manat olub.
2019-ck ildə şirkəti ümumi inzibati xərcləri artmayıb, əksinə 2,2% azalaraq 25 milyon 338 min manat olub.
Nəticədə BTRİB 2019-cu ili 9 milyon 805 min manat əməliyyat mənfəəti ilə başa vurub.
3 milyon manat həcmində digər gəlirləri və 412 min manat sair xərcləri nəzərə alanda Rabitə müəssisəsinin vergidən əvvəlki mənfəəti 12 milyon 394 min manat təşkil edib. Bu əvvəlki illə müqayisədə 2 dəfə artıqdır. 2019-cu ilin nəticələrinə görə, 3,5 milyon manat vergi ödənilib (əvvəlki ildən iki qat artıq).
Nəticədə 2019-cu ildə BTRİB-in xalis mənfəəti 8 milyon 863 min manat olub. Bu əvvəlki illə müqayisədə 2 qat artıqdır.
2019-cu ildə BTRİB-in aktivləri 9,2% artaraq 116,1 milyon manatdan 126,8 milyon manata yüksəlib.
Kapitalı 87 milyon manatdan 97 milyon manata, öhdəlikləri isə 29,1 milyon manatdan 29,8 milyon manata yüksəlib.