2024-cü ildə Metropolitenin cəmi heyətlə bağlı xərcləri 86 milyon 284 min manat təşkil edib.
FED.az QSC-nin hesabtına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 11 milyon 510 min manat (15,4%) artım deməkdir.
Əmək haqqı və bonuslar 70 milyon 211 min manata yüksələrək, 10 milyon 500 min manat (17,6%) artıb.
Sosial təminat ayırmaları 15 milyon 514 min manat olub, 1 milyon 255 min manat (8,8%) artıb.
İşçilərlə bağlı digər müavinətlər isə 559 min manata enib, 245 min manat (30,5%) azalıb.
Ümumilikdə, Bakı Metropoliteninin 2024-cü ildə heyətlə bağlı xərcləri, əmək haqqı və bonusların, eləcə də sosial təminat ayırmalarının artması hesabına yüksəlib.










