2025-ci ildə Hökumət aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün Bakı metrosuna 42 milyon 662 min subsidiya ayırıb.
FED.az xəbər verir ki, bu barədə QSC-nin 2024-cü il üzrə maliyyə hesabatında bildirilir.
2025-ci ildə Şirkət Hökumətdən əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə 73 milyon 630 min manat kapital vəsaiti alıb.
20 fevral 2025-ci il tarixində QSC-yə Maliyyə Nazirliyindən ilin sonunda qaytarılmaq şərti ilə 244 milyon 800 min manat faizsiz kredit verilib.
24 iyul 2025-ci il tarixində Şirkətin Tikinti bölməsi onun funksiyalarının ixtisaslaşmış təşkilatlara ötürülməsi məqsədilə ləğv edilib.
Bu addım tikinti idarəçiliyində çevikliyi, səmərəliliyi və müasirləşməni artırmaqla yanaşı, korporativ strukturu sadələşdirmək və idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə 1 oktyabr 2025-ci il tarixindən etibarən sərnişindaşıma tarifinin 50 qəpikdən 60 qəpiyə qaldırılmasını təsdiq edib.










