“Avtomotoservis” ASC 2024-cü ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat şirkətin gəlirlərinin artmasına baxmayaraq, xərclərin daha sürətlə böyüməsi səbəbindən yekun mənfəətin az da olsa azaldığını göstərib.
Şirkətin əsas əməliyyat gəlirləri 496,2 min manat təşkil edib. Bu, ötən ilə nisbətən 42,6 min manat (9,4%) artımdır.
Satışın maya dəyəri 418,0 min manata yüksəlib. Bu da illik müqayisədə 37,7 min manat (9,9%) artım deməkdir.
Nəticədə şirkətin ümumi mənfəəti 78,3 min manat olub. Bu, illik 4,9 min manat (6,7%) artımdır.
Hesabat dövründə ötən il mövcud olan 8,5 min manatlıq sair əməliyyat gəlirləri və 8,1 min manatlıq sair əməliyyat xərcləri tamamilə sıfırlanıb.
İnzibati xərclər 38,8 min manat təşkil edib. Nəticədə, illik 5,3 min manat (15,7%) artım baş verib.
Bu amillərin birgə təsiri ilə şirkətin əməliyyat mənfəəti 39,5 min manat təşkil edib. Bu, illik müqayisədə 694 manat (1,7%) azalmadır.
Vergitutmadan əvvəl mənfəət 39,5 min manat olub.
Mənfəət vergisi xərci 7,9 min manat təşkil edib.
Bütün bunların yekununda, “Avtomotoservis” ASC 2024-cü ili 31,6 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin nəticəsindən 547 manat və ya 1,7% azdır.
Hesabat “Avtomotoservis” 573,3 min manat cəmi aktivlərə malik olub. Bu,2023-cü ilin sonu ilə müqayisədə 23,0 min manat (4,2%) artımdır.
Cəmi uzunmüddətli aktivlər 296,6 min manata enib. Bu da illik 1,3 min manat (0,4%) azalmadır.
Bu azalmanın səbəbi, torpaq, tikili və avadanlıqların 280,6 min manata enərək 17,3 min manat (5,8%) azalmasıdır.
Bunun əvəzində isə 16 min manatlıq yeni investisiya aktivi yaranıb.
Cəmi qısamüddətli aktivlər isə 276,6 min manata yüksəlib. Bu, illik 24,3 min manat (9,6%) artımdır.
Bu artımın əsas drayverləri pul vəsaitlərinin 159,8 min manata çataraq 26,0 min manat (19,4%) artması və qısamüddətli debitor borclarının 47,2 min manata yüksələrək 19,9 min manat (72,9%) artmasıdır.
Ehtiyatlar 69,2 min manat səviyyəsində dəyişməz qalıb.
Lakin sair qısamüddətli aktivlər kəskin şəkildə - 21,7 min manat (52,5 dəfə) azalaraq 420 manata enib.
Hesabat ilində cəmi öhdəliklər 51,4 min manat təşkil edib. Bu da 2023-cü ilin göstəricilərinə nəzərən 23 min manat başqa sözlə 81% artımdır.
Şirkətin uzunmüddətli öhdəliyi olmayıb və bütün artım qısamüddətli borclar hesabına baş verib.
Vergi və məcburi ödənişlər 11,9 min manata bərabər olub. Bu ödənişlərədə 11,4 min manat (22 dəfə) artım baş verib.
Qısamüddətli kreditor borcları 14,4 min manata çatıb. İl ərzində 10,7 min manat (3,9 dəfə) artım qeydə alınıbş.
Sair qısamüddətli öhdəliklər isə 25,2 min manat olub ki, bu da illik 1,1 min manat (4,6%) artımdır.
Cəmi kapital 521,8 min manat səviyyəsində dəyişməz qalıb.