Yanvar-noyabr aylarında 91 milyon 421 min dollar dəyərində 124 min 724 ton xurma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 1 milyon 923 min dollar (2,1%), miqdar ifadəsi ilə 6 min 148 ton (5,2%) artıb.
Keçən ilin yanvar-noyabr aylarında xaricə 89 milyon 497 min ABŞ dolları dəyərində 118 min 576 ton xurma ixrac edilmişdi.
Beləliklə bir ton xurmanın ixrac qiyməti bu il 733 dollar, ötən ilin müvafiq dövründə 755 dollar təşkil edib. Bu göstərici son bir ildə 22 dollar, başqa sözlə 2,9% ucuzlaşıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında xurmanın ümumi ixracda xüsusi çəkisi 0.29%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,01%-ə bərabər olub.
Keçən ilin yanvar-noyabr aylarında xurmanın ümumi ixracda xüsusi çəkisi 0.25%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 3,33%-ə bərabər olub.