Yanvar-noyabr aylarında 50 milyon 151 min dollar dəyərində 79 min 992 ton alma ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, ixrac göstərciləri məbləğ ifadəsi ilə 6 milyon 59 min dollar (13,7%), miqdar ifadəsi ilə 10 min 709 ton (15,5%) artıb.
Keçən ilin yanvar-noyabr aylarında xaricə 44 milyon 92 min ABŞ dolları dəyərində 69 min 293 ton alma ixrac edilmişdi.
Beləliklə bir ton almanın ixrac qiyməti bu il 627 dollar, ötən ilin müvafiq dövründə 636 dollar təşkil edib. Bu göstərici son bir ildə 9 dollar, başqa sözlə 1,5% ucuzlaşıb.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında almanın ümumi ixracda xüsusi çəkisi 0.16%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,65%-ə bərabər olub.
Keçən ilin yanvar-noyabr aylarında almanın ümumi ixracda xüsusi çəkisi 0.12%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1,64%-ə bərabər olub.