Bu ilin yanvar-dekabr aylarında Azərbaycandan xaricə 31 min 772 ton şəkər ixrac edilib.
Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 23 min 175 ton və ya 42,2% azdır.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, 2023-cü ildə 23 milyon 681 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 15 milyon 125 min dollar və ya 39% azdır.
1 ton şəkərin ixrac qiyməti hesabat dövründə 745, ötən ilin eyni dövründə 706 dollar olub. Bu da illik müqayisədə 39 dollar və ya 5,5% çoxdur.
Bu da o deməkdir ki, 1 kq şəkərin ixrac qiyməti hesabat dövründə 1,27 manat, 2022-ci ildə isə 1,20 manat olub.
Ötən ilin yanvar-dekabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.07%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.71%-ə bərabər olub.
2022-ci ilin yanvar-dekabr aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0.10%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 1.27%-ə bərabər olub.