2023-cü ilin yanvar-dekabr aylarında Azərbaycan xaricdən 334 milyon 347 min dollar dəyərində 1 milyon 267 min 29 ədəd smartfon idxal edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxal göstəriciləri məbləğ ifadəsində 181 milyon 373 min manat, yəni 2,2 dəfə, miqdar ifadəsi ilə 591 min 210 ədəd (87,5%) çoxdur.
Ötən ilin eyni dövründə ölkəyə 152 milyon 974 min dollarlıq 675 min 824 ədəd smartfon gətirilib.
Bu da o deməkdir ki, 1 ədəd smartfonun idxal qiyməti təxminən 264 dollar (449 manat), ötən ilin eyni dövründə 226 dollara (385 manat) başa gəlib. Smartfonun idxal qiyməti son bir ildə 38 dollar (64 manat), başqa sözlə 16,6% artıb.