Banner
Banner
Fed.az
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Gömrük

  1. Ana səhifə
  2. Gömrük
  1. Gömrük

Telefon, geyim, digər əşyalar - Hansı saxta mallar ölkəyə buraxılmır və necə nəzarət edilir? – «MOBİL BROKER» AÇIQLADI

Telefon, geyim, digər əşyalar - Hansı saxta mallar ölkəyə buraxılmır və necə nəzarət edilir? – «MOBİL BROKER» AÇIQLADI | FED.az
09:38 19 Sen 2023

Xəbər verildiyi kimi, son günlər xaricdən Azərbaycana idxal olunan məhsullara nəzarət artıb.

FED.az xəbər verir ki,  artıq Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları ölkəyə gətirilən mallara nəzarət tədbirləri həyata keçirərkən əqli mülkiyyət hüquqlarının qorunması, pirat və konfrafakt malların qarşısını almağa başlayıblar.

Komitənin bununla bağlı yaydığı açıqlamaya görə, bu işlər «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında» qanun, daha dəqiqi qanunun 10-cu maddəsi  əsasında aparılır.

Komitə xatırladıb ki, Gömrük Məcəlləsinin 287.1-ci maddəsinə əsasən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların pirat və ya kontrafakt olması əlamətləri aşkar edildikdə gömrük orqanları həmin malların buraxılışını dayandırmaq hüququna malikdirlər. Dövlət Gömrük Komitəsi həmçinin bildirir ki, tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallardan qanunsuz istifadə İnzibati Xətalar Məcəlləsinə və Cinayət Məcəlləsinə uyğun olaraq inzibati və cinayət  məsuliyyəti yaradır.

Bəs bu sahədə baş verən yenilik hansı növ mallara aiddir, ölkəyə hansı malların gətirilməsinə nəzarət artırılıb?

Müxtəlif brendlərin sahibləri öz mallarının saxta variantlarının ölkəyə gətirilməsinin qarşısını necə ala bilərlər? Baş verən yenilikləri, aparılan nəzarət tədbirlərini və bu sahədə sahibkarları gözləyən dəyişiklikləri FED.az-a ölkənin tanınmış gömrük brokeri şirkətlərindən olan «Mobil Broker» şirkətinin gömrük eksperti Toğrul Surxayzadə şərh edib.

- Toğrul müəllim, əqli mülkiyyətin pozulması ilə müşayiət olunan əşyaların idxal olunması qadağandır. Bu qadağa hansı hallarda və necə tətbiq edilir?

- Son vaxtlar Dövlət Gömrük Komitəsinin bu mövzuda çalışmaları göz qabağındadır, ciddi addımlar nəticəsində artıq proses bütünlüklə qanuni cəhətdən tənzimlənir və belə halların qarşısı alınmağa başlanılıb.

Qorunan əqli mülkiyyət subyektlərinə nəzər yetirsək, Dövlət Gömrük Komitəsi tərəfindən tərtib olunmuş «Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların» Siyahısını qeyd etmək olar. Məsələn, Siyahıda qeyd olunan «PUMA» əmtəə nişanının hüquq sahibi «PUMA SE» şirkətidr. Yəni malın qorunma müddəti ərzində bu hüquq «PUMA SE» şirkətinə məxsusdur və  əgər hər hansı digər şəxs həmin əmtəə nişanı olan malı xaricdən gətirməyə cəhd göstərsə gömrük orqanları ona qarşı inzibati tədbirlər görə bilər.

Qanunvericiliyə əsasən pirat və ya kontrafakt malları idxal edənlər məsuliyyət daşıyırlar. Belə ki, əmtəə nişanının hüquq sahibi Əqli Mülkiyyət Agentliyinə əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

Bundan başqa, əmtəə nişanının hüquq sahibi mallar gömrük sərhədindən keçirilərkən onun hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, bunun qarşısının aınması üçün gömrük orqanına müraciət edə bilər.

Daha sadə desək, bütün bunların nəticəsində hüquq sahibi şəxslər ərizə ilə müraciət edərək saxta malların, məsələn saxta telefon və ya digər elektronik əşyaların idxalınınqarşısının alınmasına nail ola bilərlər. Bu proses «Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunda da əks olunub.

- Gömrük orqanı artıq müxtəlif saxta brendlərin olkəyə gətirilməsinin qarşısını almağa başlayıb. Bu proses əsasən hansı əşyalara aiddir və belə mallar aşkar ediləndə nə baş verir?

- Qeyd etdiyim kimi, gömrük sərhədindən keçirilən pirat və ya kontrafakt mallar üzərində gömrük nəzarət tədbirləri həyata keçirilir. Belə malların gömrük orqanları tərəfindən qeydiyyatının aparılması bu sahədə qabaqcıl addımlardan biridir və işi asanlaşdırır. Belə malların reyestrinin aparılması nəticəsində gömrük orqanları, digər pirat mallarla müqayisədə əqli mülkiyyət hüquqları olan obyektləri operativ şəkildə qorumağa nail olurlar.

Məsələn, tutaq ki, gömrük rəsmiləşdirilməsi zamanı «Lacoste» markasının pirat formada hazırlanmış malı aşkarlanır. Bu zaman gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbərinin şəxsin qərarı ilə belə malların buraxılışı 10 iş günü müddətinə dayandırılır. Malı gətirən şəxsə isə bu qərar və onun səbəbləri barədə dərhal yazılı bildiriş göndərilirr. Bu proses zamanı əmin olmaq üçün malın prob və nümunələri götürülür.

Malın üstündə beynəlxalq eyniləşdirmə nömrəsinin qeyd olunması bu prosesə uğurla nəzarət etməyə kömək edir. Araşdırma zamanı gətirilən malın pirat və ya kontrafakt mal olduğu aşkarlandıqda həmin şəxsin məsuliyyətə cəlb olunması üçün məhkəmə orqanlarına işə baxılması üçün müraciət göndərilir.

Onu da qeyd edim ki, gömrük orqanlarından əlavə olaraq Əqli Mülkiyyət Agentliyi müəlliflik hüququ obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı,məlumat toplusu, kitab) nüsxələrini nəzarət markası ilə təmin edir. Yəni gömrük rəsmiləşdirilməsindən sonra bu nüsxələrə nəzarət markaları yapışdırılır. Hazırda həm eyniləşdirmə nömrələri (ştrix kod), həm də nəzarət markaları vasitəsilə bu halların qarşısı alınmağa başlayıb. Gələcəkdə həmin siyanının genişlənəcəyinə heç bir şübhə yoxdur.

- Toğrul müəllim, belə hallara yol verənləri hansı cərimə və sanksiyalarm gözləyir?

- Belə hallara yol verənlərin məsuliyyət daşıması qaçılmazdır. İnzibati Xətalar Məcəlləsində bununla bağlı müvafiq maddələr var. Belə ki, 185-ci maddəyə (Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması) əsasən mallar müsadirə edilməklə 80 manatdan 160 manatadək cərimə nəzərdə tutulub. Məcəllənin 413-cü maddəsinə (Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı) əsasən isə vurulmuş ziyanın 2-4 misli məbləğində cərimə nəzərdə tutulub.

 

İnzibati Xətalar Məcəlləsində sözügedən hallarla bağlı nəzərdə tutulan cərimələr:

 

Maddə 185. Müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması

Müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda ziyan vurduqda-

pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

Qeyd: Bu Məcəllənin 185 - 188-ci maddələrində “az miqdarda ziyan vurduqda” dedikdə, min manatadək olan məbləğ başa düşülür.

 

Maddə 413. Nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı

Nəzarət markalarının qəsdən məhv edilməsinə, saxtalaşdırılmasına, qeyri-qanuni yolla hazırlanmasına, istifadəsinə və satışına görə-

Azərbaycan Respublikasının “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dərman vasitələri haqqında” və “Dini etiqad azadlığı haqqında” qanunlarının tələblərinin pozulması ilə hazırlanan (istehsal edilən), istifadə edilən və ya satılan nəzarət markaları, habelə onların hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.

İstənilən növ gömrük rəsmiləşdirmə əməliyyatlarınızı «Mobil Broker» şirkətinə həvalə edə bilərsiniz. Mobil Broker sizə kompleks həllər təklif edən gömrük təmsilçiilik şirkətidir.

“FED.AZ Gömrük” xəbərlərini gömrük təmsilçiliyi üzrə ölkənin ən qabaqcıl şirkətlərindən olan «Mobil Broker» şirkəti təqdim edir.

Banner
Banner
  • gömrük
  • Mobil Broker
  • Toğrul Surxayzadə
Paylaş

Digər xəbərlər

Bakıda 43 min qutu aksiz markasız siqaret - AŞKARLANDI - FOTOLAR
Gömrük 29 Sen 2023
Bakıda 43 min qutu aksiz markasız siqaret - AŞKARLANDI - FOTOLAR
İstanbuldan Bakıya yarım kiloyadək qızıl-zinət əşyaları keçirmək istədilər - SAXLANILDILAR - FOTO
Gömrük 23 Sen 2023
İstanbuldan Bakıya yarım kiloyadək qızıl-zinət əşyaları keçirmək istədilər - SAXLANILDILAR - FOTO
Azərbaycana idxal olunan xammal və aralıq mallarına tətbiq olunan - Gömrük Rüsumları Azaldılacaq
Gömrük 21 Sen 2023
Azərbaycana idxal olunan xammal və aralıq mallarına tətbiq olunan - Gömrük Rüsumları Azaldılacaq
Gömrük Komitəsinin yığım planı yenə artırılır - YENİ MƏBLƏĞ
Gömrük 21 Sen 2023
Gömrük Komitəsinin yığım planı yenə artırılır - YENİ MƏBLƏĞ
Meyvə-tərəvəz ixracı - 13 FAİZDƏN ÇOX ARTIB
Gömrük 21 Sen 2023
Meyvə-tərəvəz ixracı - 13 FAİZDƏN ÇOX ARTIB
Səkkiz ayda Azərbaycana 402 milyon dollarlıq  dərman  - İDXAL EDİLİB
Gömrük 21 Sen 2023
Səkkiz ayda Azərbaycana 402 milyon dollarlıq dərman - İDXAL EDİLİB
Azərbaycan bu il alüminiumun ixracını artırıb -  GƏLİRLƏR İSƏ AZALIB
Gömrük 18 Sen 2023
Azərbaycan bu il alüminiumun ixracını artırıb - GƏLİRLƏR İSƏ AZALIB
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar -  SİYAHI
Gömrük 18 Sen 2023
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
Azərbaycanda pomidor ixracından gəlirlər 7%-dən azalıb
Gömrük 16 Sen 2023
Azərbaycanda pomidor ixracından gəlirlər 7%-dən azalıb
Azərbaycanda diri heyvan idxalını 26%-dək artırıb
Gömrük 16 Sen 2023
Azərbaycanda diri heyvan idxalını 26%-dək artırıb
Gömrük Komitəsi hansı malların ölkəyə girişinə - QADAĞA QOYDUĞUNU AÇIQLADI - VİDEO
Gömrük 16 Sen 2023
Gömrük Komitəsi hansı malların ölkəyə girişinə - QADAĞA QOYDUĞUNU AÇIQLADI - VİDEO
Azərbaycan diri heyvan ixracını 8%-dən çox azaldıb
Gömrük 16 Sen 2023
Azərbaycan diri heyvan ixracını 8%-dən çox azaldıb
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • "Azərbaycanda 2022-ci ildən 2 milyard dollar vəsait sterilizasiya olunub"
    17:40 3 Okt 2023
  • "Müəllimlərə hədiyyə və ya pul verilməsi yolverilməzdir" - NAZİRLİKDƏN MÜRACİƏT
    17:33 3 Okt 2023
  • Onlara Qarabağda yayım üçün - LİSENZİYA VERİLDİ
    17:24 3 Okt 2023
  • “Atlas Medical Center” MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    17:22 3 Okt 2023
  • KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib - FOTOLAR
    17:19 3 Okt 2023
  • Maliyyə Nazirliyi daxili bazardan növbəti dəfə böyük məbləğdə vəsait - CƏLB ETDİ
    17:09 3 Okt 2023
  • Azərbaycanda şəkər çuğunduru yığımı - 30% ARTIB
    17:01 3 Okt 2023
  • ARDNF 9 ayda xarici valyuta satışını - 45,5% AZALDIB
    16:52 3 Okt 2023
  • Xankəndidə azərbaycanca yol nişanı - FOTO
    16:46 3 Okt 2023
  • BKM vasitəsilə emal olunmuş dollarla ödəniş əməliyyatlarının sayı 27% artıb
    16:43 3 Okt 2023
  • "Yeni Naftalan Hotel Company" şirkəti "Azəriqaz"ı - MƏHKƏMƏYƏ VERİB
    16:26 3 Okt 2023
  • "Kreml istəməzdi ki, Putin nə vaxtsa Ermənistana səfərdən imtina etməli olsun"
    16:19 3 Okt 2023
  • AKİA və "Qarabağ Aqrar Sənaye Kompleksi" - MƏHKƏMƏ ÇƏKİŞMƏSİNDƏ
    16:13 3 Okt 2023
  • Baş Prokurorluq: "Məhkəmə Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxslə bağlı yekun qərar çıxarmayıb"
    16:12 3 Okt 2023
  • "Silk Way West Airlines"ın ilk "Boeing 777F" təyyarəsi - Sietldən Bakıya Uçub
    16:02 3 Okt 2023
  • Paytaxtda mənzillər - BAHALAŞIR
    15:58 3 Okt 2023
  • "Met-Ak" şirkəti "Goldvin İnşaat" MMC-ni - MƏHKƏMƏYƏ VERİB
    15:52 3 Okt 2023
  • Aİ ölkələri 7 ayda Azərbaycana minik avtomobillərinin ixracını - 1,8 DƏFƏ ARTIRIB
    15:51 3 Okt 2023
  • NEQSOL Holding əməkdaşların kibertəhlükəsizlik biliklərini artırmaq üçün Infosec IQ ilə tərəfdaşlıq edir
    15:47 3 Okt 2023
  • “Turan Azər-Türk" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    15:43 3 Okt 2023
  • İsveçrə 8 ayda Azərbaycana saat ixracını - 37 % ARTIRIB
    15:42 3 Okt 2023
  • BKM vasitəsilə emal olunmuş manatla ödəniş əməliyyatlarının sayı 76% artıb
    15:35 3 Okt 2023
  • Prezident yol tikintisinə 15,8 milyon manat ayırdı - SƏRƏNCAM
    15:31 3 Okt 2023
  • Milli Depozit Mərkəzi - "MEQA SIĞORTA"NI SEÇDİ
    15:25 3 Okt 2023
  • Şarl Mişel: "Rəsmi Bakı Avropa İttifaqının tərəfdaşıdır"
    15:25 3 Okt 2023
  • Azərbaycan banklarının vergiyəqədərki mənfəəti 26% artıb
    15:19 3 Okt 2023
  • “Azəri-Nord" MMC gömrük qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB
    15:08 3 Okt 2023
  • Dünyada ən ucuz mobil internet - BU ÖLKƏDƏDİR - QİYMƏT
    14:52 3 Okt 2023
  • “Prime Energy and Marine Services" MMC - MƏHKƏMƏYƏ VERİLDİ
    14:49 3 Okt 2023
  • Azərbaycanda iş adıyla aldadılaraq ölkəyə gətirilən əcnəbilər saxlanılıb - VİDEO
    14:47 3 Okt 2023
  • Azərbaycanda pul bazası son bir ildə 12% artıb
    14:39 3 Okt 2023
  • "Azad olunmuş ərazilərdə vergi orqanları fəaliyyətə başlayır" - XİDMƏT RƏİSİ AÇIQLADI
    14:39 3 Okt 2023
  • “S&P Global Ratings" reytinq agentliyi yenidən - SİF-ə YÜKSƏK REYTİNQ VERDİ
    14:34 3 Okt 2023
  • “Şirvan-Az LTD" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    14:31 3 Okt 2023
  • Metro və avtobuslarda bu “BakıKart”lardan istifadə dayandırıldı – RƏSMİ AÇIQLAMA
    14:28 3 Okt 2023
  • AMB-nin banklara və BOKT-lara xalis tələbləri son bir ildə 17% azalıb
    14:25 3 Okt 2023
  • Bir sıra avtobus marşrutları üzrə keçiriləcək müsabiqənin vaxtı - AÇIQLANIB
    14:21 3 Okt 2023
  • 46-cı KOB dostu ofisi - FƏALİYYƏTƏ BAŞLADI
    14:15 3 Okt 2023
  • “Zamanlı-2012" MMC - MƏHKƏMƏYƏ VERİLİB
    14:13 3 Okt 2023
  • Azərbaycanın lombard şirkəti - MMC-dən ASC-yə ÇEVRİLDİ
    14:11 3 Okt 2023
  • Bakıda yağış, rayonlarda leysan yağacaq - SABAHIN HAVA PROQNOZU
    13:28 3 Okt 2023
  • Ermənistanda Putinin həbsinə əsas verən - Roma Statutu Ratifikasiya Edilib
    13:24 3 Okt 2023
  • Çin avtomobil festivalı yekunlaşdı, növbədə Yaponiyadır - FOTOLAR
    13:18 3 Okt 2023
  • Əmək pensiyası yaşına çatmış işçi hansı hallarda - İŞDƏN AZAD EDİLƏ BİLƏR?
    13:12 3 Okt 2023
  • Qarabağdakı erməni sakinlərə göndərilən humanitar yardımların həcmi açıqlandı - SİYAHI
    13:03 3 Okt 2023
  • Avtomobil şirkəti öncədən 36 min sifariş - QƏBUL EDİB
    12:54 3 Okt 2023
  • Konstitusiya Məhkəməsi müddətli əmək müqavilələri ilə bağlı məsələni - MÜZAKİRƏ EDƏCƏK
    12:47 3 Okt 2023
  • İstehlak Mallarının Ekspertizası Mərkəzi - AUDİTOR SEÇİR
    12:46 3 Okt 2023
  • Valyuta hərracı keçirildi - NƏTİCƏ
    12:44 3 Okt 2023
  • “Avibe Comp" MMC - MƏHKƏMƏYƏ VERİLİB
    12:39 3 Okt 2023
  • Separatçıların Qarabağın erməni əhalisini bilərəkdən ac saxladığı - TƏSDİQİNİ TAPDI - VİDEO
    12:35 3 Okt 2023
  • “Avto İnvest-Aİ" MMC - MƏHKƏMƏYƏ VERİLİB
    12:32 3 Okt 2023
  • "Petkim" "STAR" NEZ-in - SƏHMDARI OLDU
    12:31 3 Okt 2023
  • “Azərsky 2” peyki ilə bağlı detallar məlum olub - FOTO
    12:24 3 Okt 2023
  • Azərbaycan Standartlaşdırma İnstitutu - AUDİTOR SEÇİR
    12:19 3 Okt 2023
  • SEDDK: "Türkiyədə Azərbaycanın icbari avtosığorta modelini tətbiq etmək istəyirik"
    12:17 3 Okt 2023
  • Binəqədi və Abşeronun bəzi əraziləri - SUMQAYITA VERİLİR
    12:10 3 Okt 2023
  • “Azurit" MMC - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB
    12:10 3 Okt 2023
  • AzerTelecom-un Baş icraçı direktoru nüfuzlu “Global Leadership Women in Tech®” Mükafatına - LAYİQ GÖRÜLÜB
    11:59 3 Okt 2023
  • Neft Fondundan valyuta satışı ilə bağlı - AÇIQLAMA
    11:54 3 Okt 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • .....
  • .....
  • Daşınmaz əmlak və ev elanları
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!

Dövlət istiqrazları 1 il - 7.61▲1.35% Dövlət istiqrazları 2 il - 8.04▲0.56% Dövlət istiqrazları 3 il - 7.87▼-0.29% Dövlət istiqrazları 5 il - 9.69▲0.97% Dövlət istiqrazları 7 il - 7.57▲1.10% NOT (7 gün) - 7.62●0.00% NOT (28 gün) - 8.03▼-0.17% NOT (84 gün) - 8.13▼-0.08% NOT (168 gün) - 8.05●0.00% NOT (252 gün) - 8.46▼-0.03% BOKT Embafinans QSC - 10.50▼-0.50% AzerGold - 3.35▼-0.03% ARMB (NOT) Repo - 7.59●0.00% 1D AINAao - 5.01▼-0.19% 1D AINAib - 8.40▲0.10% 1W AINAao - 5.00▼-0.52% 1W AINAib - 7.70▼-0.20% 2W AINAao - 6.00▲0.23% 2W AINAib - 8.00●0.00% 1M AINAao - 5.47▼-0.53% 1M AINAib - 5.80▲5.80%
SOCAR [ AZ2002019894 ] Alış: 1003.00 / Satış: 1022.00 Unibank KB ASC [ AZ2011002022 ] Alış: 10029.10 / Satış: 10119.76 AzFinance İnvestisiya Şirkəti QSC [ AZ2002019712 ] Alış: 910.67 / Satış: 956.20 BOKT "EMBAFİNANS" QSC [ AZ2008020607 ] Alış: 1004.07 / Satış: 1020.97 Holcim Azərbaycan ASC [ AZ1001018378 ] Alış: 20.00 / Satış: 21.00 Azərbaycan Beynəlxalq Bankı ASC [ AZ2001004582 ] Alış: 1000.00 / Satış: 1013.00 Cənubtikintiservis ASC [ AZ1001004691 ] Alış: 22.00 / Satış: 23.10 Bakı ixtisaslaşdırılmış mexanizasiya - 7 ASC [ AZ1001000848 ] Alış: 2.40 / Satış: 2.52 Bakı Tikinti materialları ASC [ AZ1001000863 ] Alış: 2.40 / Satış: 2.52 Bakıinşaatsənaye ASC [ AZ1001001564 ] Alış: 2.40 / Satış: 2.52 AZENCO ASC [ AZ1001008452 ] Alış: 2.60 / Satış: 2.73 Sumqayıt çörək ASC [ AZ1001017230 ] Alış: 2.40 / Satış: 2.52 Savalan ASC [ AZ1001012488 ] Alış: 2.70 / Satış: 2.83 EVRASCON ASC [ AZ1001000871 ] Alış: 20.00 / Satış: 21.00 Dərnəgülsənayetikinti ASC [ AZ1001000376 ] Alış: 2.60 / Satış: 2.73