2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrə 7 milyon 599 min ABŞ dolları dəyərində 8 min 744 ton üzüm ixrac edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 339,9 min dollar və ya 4,7% artıb, miqdar baxımından isə 1 453 ton və ya 14,2% azdır.
2022-ci ilin yanvar-oktyabr aylarında 7 milyon 259 min dollar dəyərində 10 min 197 ton üzüm ixrac edilib.
1 ton üzümün ixrac qiyməti bu il 869 dollar, ötən il isə 712 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 157 dollar (22,1%) bahalaşıb.
Bu da o deməkdir ki, üzümün 1 kiloqramının satış qiyməti bu il 1,48 manat, ötən il isə 1,21 manat olub.