Xalq Sığorta
Telesatış üzrə kiçik mütəxəssis
Son tarix 16 okt 2026 - Müraciət et
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Dil bilikləri- Azərbaycan və rus dilləri səlis;
- Minimum 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqram biliyi;
- Məsuliyyətlilik, güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
- Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi;
- Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması;
- Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi;
- Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
- Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
- Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
- Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Telesatış üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.













