“Atəşgah Həyat” Sığorta Şirkəti ASC 15 sentyabr – “Bilik Günü” münasibətilə sosial layihə həyata keçirib. Sosial təşəbbüs Masallı rayonunun Qodman kənd məktəbində təşkil olunub.
FED.AZ xəbər verir ki, layihənin əsas məqsədi aztəminatlı ailələrdən olan uşaqların yeni tədris ilinə daha hazırlıqlı və inamlı başlamalarına dəstək göstərmək olub.
Layihə çərçivəsində Masallı rayonunun müxtəlif məktəblərində təhsil alan şagirdlərə məktəb çantaları və tədris üçün zəruri ləvazimatlar təqdim edilib. Bununla yanaşı, şagirdlərin ailələrinə ərzaq məhsullarından ibarət sosial yardım göstərilib.
Tədbir zamanı şirkət əməkdaşları uşaqlarla görüşərək onlarla səmimi ünsiyyət qurub, yeni tədris ili münasibətilə xoş arzularını çatdırıblar. Uşaqların sevinc və təbəssümü tədbirin ən yaddaqalan anlarından biri olub.
“Atəşgah Həyat” Sığorta Şirkəti ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində müxtəlif sosial təşəbbüslər həyata keçirir. Şirkət xüsusilə uşaqların təhsilinə, inkişafına və sosial rifahına töhfə verən layihələrin dəstəklənməsinə xüsusi önəm verir.
“Atəşgah Həyat” Sığortadan şagirdlərə “Bilik Günü” dəstəyi
12:35
16 Sen 2026















