Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illər üzrə aylıq ixrac və idxal statistikasının müqayisəsi əsasında müəyyən edilib ki, 2026-cı ilin 8 ayındı pambıq lifinin ixrac dəyəri 126,34 milyon dollardan 148,81 milyon dollara yüksəlib.
FED.az xəbər verir ki, ixrac gəliri 17,8%, fiziki həcm isə 19,1% artıb. Xaricə göndərilən pambıq lifinin miqdarı 87,9 min tondan 104,7 min tona çatıb.
Pambıq ipliyin ixrac dəyəri 21,09 milyon dollardan 34,20 milyon dollara yüksəlib. İxrac gəliri 62,2%, fiziki həcm isə 64,9% artıb. İplik ixracı 9,14 min tondan 15,07 min tona çatıb.












