Energy Monitoring MMC
Satış və Koordinasiya üzrə Təmsilçi
Son tarix 16 okt 2026 - [email protected]
Generatorların satışı, icarəsi və servis xidmətləri istiqamətində fəaliyyət göstərən şirkətimiz komandasına aktiv, məsuliyyətli və yüksək təşkilatçılıq bacarığına malik xanım əməkdaş axtarırıq.
İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: Həftədə 5 gün, 08:00–17:00
- Əməkhaqqı: 600 AZN sabit əməkhaqqı + satış/KPI əsaslı bonus
Əsas vəzifələr
- Potensial müştərilərlə əlaqə saxlamaq və yeni satış imkanları yaratmaq;
- Generatorların satışı, icarəsi və servis xidmətlərini müştərilərə təqdim etmək;
- Müştəri sorğularını qəbul etmək və aidiyyəti texniki/sahə komandasına yönləndirmək;
- Qiymət təkliflərinin hazırlanmasına və müştərilərə təqdim edilməsinə dəstək olmaq;
- Müştərilərlə telefon, e-mail və digər kommunikasiya kanalları vasitəsilə gündəlik əlaqə saxlamaq;
- Ofis və sahə komandaları arasında gündəlik koordinasiyanı təmin etmək;
- Servis, icarə və digər sahə işlərinin icra vəziyyətini izləmək;
- Müştəri müraciətləri, satış imkanları və görülən işlər üzrə gündəlik hesabatlar hazırlamaq;
- Müştəri və satış məlumatlarını sistemli şəkildə qeydiyyata almaq və yeniləmək;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş satış və KPI hədəflərinin icrasına çalışmaq.
Namizədə tələblər
- Xanım namizəd
- Microsoft Office proqramlarını, xüsusilə Excel, Word, PowerPoint və Outlook-u çox yaxşı bilmək;
- Kompüterdə sürətli, dəqiq və sistemli işləmək bacarığı;
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
- İngilis və rus dillərini bilmək üstünlükdür;
- Güclü satış və müştəri ünsiyyəti bacarığı;
- Hesabat hazırlamaq və məlumatları sistemləşdirmək bacarığı;
- Ofis və sahə komandaları ilə koordinasiyalı işləmək bacarığı;
- Məsuliyyətli, operativ, diqqətli və nəticəyönümlü olmaq.
Biz təklif edirik
- 600 AZN sabit əməkhaqqı;
- Satış və KPI nəticələrinə əsaslanan bonus sistemi;
- Korporativ mobil telefon və korporativ nömrə;
- Generator və enerji avadanlıqları sektorunda praktiki iş təcrübəsi;
- Peşəkar inkişaf imkanı;
- İş nəticələrinə uyğun gəlir artımı imkanı.
CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
E-mailin mövzu (Subject) hissəsində: “Satış və Koordinasiya üzrə Təmsilçi” qeyd etməyiniz xahiş olunur.













