2027-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcələrini layihəsi Nazirlər Kabinetinə təqdim olunub.
FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
«“Büdcə sistemi haqqında” Qanuna və “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinin hazırlanması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 yanvar tarixli 71s nömrəli Sərəncamına uyğun olaraq 2027-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri hazırlanıb.
«Qanunvericiliklə müəyyən edilmiş büdcə prosesinin növbəti mərhələsinə uyğun olaraq hazırlanmış layihələr, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə daxil olan digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub»-deyə bildirilir.












