Azərbaycanda “Sobsan” brendi ilə fəaliyyət göstərən “Rəmzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) cərimə olunub.
FED.AZ xəbər verir ki, Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən şirkətlə bağlı protokol tərtib olunub. Məlum olub ki, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 69B ünvanında “Sobsan” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yeləşdirməsi faktı aşkar edilib.
Bununla da İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Sobsan”şirkətinə 5 min manat cərimə yazılıb.
Qərardan narazı qalan şirkətin nümayəndəsi apellyasiya şikayəti verib, lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.












