2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən 15 milyon 108 min ABŞ dolları dəyərində 18 min 32 ton limon idxal edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da 2022-ci il ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 919,3 min dollar və ya 6,3%, miqdar baxımından isə 911 ton və ya 5,3% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında 14 milyon 189 min dollar dəyərində 17 min 121 ton limon idxal edilib.
1 ton limonun qiyməti bu il 838 dollar, ötən il isə 829 dollar olub. Beləliklə, ixrac qiyməti son bir il ərzində 9 dollar (1,1%) ucuzlaşıb.