Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 16 sentyabr 2026-cı il tarixində qəbul etdiyi qərara əsasən, “KollektA” ASC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, qərara əsasən, “KollektA” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac 18.09.2026-cı il tarixində keçiriləcək.
Qeyd edək ki, bu dəfə “KollektA” ASC-nin 2 milyon manatlıq istiqrazı (dövlət qeydiyyat nömrəsi – ISIN AZ2001028672) yerləşdiriləcək. Satışa hər birinin nominal qiyməti 100 manat olmaqla 20 000 ədəd istiqraz çıxarılacaq.
“KollektA” ASC-nin istiqraz buraxılışının anderrayteri ölkənin aparıcı investisiya şirkətlərindən olan “Troni İnvestisiya Şirkəti” QSC-dir. Qeyd edək ki, “Troni İnvestisiya Şirkəti” QSC əlavə bir neçə şirkətin də istiqraz buraxılışında anderrayter qismində iştirak edir.
“KollektA” ASC-nin istiqrazları üzrə yüksək gəlirlilik nəzərdə tutulub – illik 16%.
İstiqrazlar 18 ay dövriyyədə olacaqlar, istiqrazlar üzrə faiz ödənişləri 30 gündən bir, hər ayda bir dəfə həyata keçiriləcək.
Xatırladaq ki, “KollektA” ASC-nin yeni buraxılacaq istiqrazları bazarda ən yüksək gəlirlilik təklif edən kağızlar arasındadır.
İstiqraz buraxılışının həcmini, gəlirlilik dərəcəsini və müddətini nəzərə aldıqda, “KollektA” ASC-nin istiqrazlarının dövriyyədə olduğu müddətdə istiqraz sahiblərinə ümumilikdə 480 000 manat faiz ödənişi həyata keçiriləcək.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə etmək olar.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
“KollektA” ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001028672 |
|
İstiqrazların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Birqiymətli hərrac |
|
İstiqrazların sayı |
20,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
2,000,000 manat |
|
İllik gəlirlilik faizi |
16% |
|
Ödəmə Periodu |
Faiz ödənişləri hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) gün olduğunu qəbul etmək şərti ilə) ödəniləcəkdir |
|
Tədavül müddəti |
18 ay |
|
Ticarətə buraxılma tarixi |
18.09.2026 |
|
Anderrayter |
"Troni İnvestisiya Şirkəti" QSC |













