Xəbər verildiyi kimi, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarətində yenə də xam neft və neft məhsulları aparıı yeri tutur.
Belə ki, hesabat dövründə xarici ölkələrə 14 milyon 678 min ton xam neft ixrac edilib. İxrac olunan neftin ümumi dəyəri 9 milyard 282 milyon dollar olub.
Müqayisə üsün bildirək ki, 2025-ci ilin eyni dövründə ölkədən xaricə 15 milyon 925 min ton xam neft ixracı edilmiş, bundan 8 milyard 396 milyon dollar əldə edilmişdi.
Beləliklə, xam neft ixracının həcmi bir ildə 1 milyon 247 min ton və ya 7,8% azalıb, əvəzində ixracdan əldə olunan gəlir 886 milyon dollar və ya 10,6% artıb.
Həcmin azaldığı halda, gəlirin artmasının səbəbi neftin ötən illə müqayisədə kəskin bahalaşmasıdır. Belə ki, 2025-ci ilin ilk 8 ayında Azərbaycan neftinin bir tonunun orta ixrac dəyəri 527 dollar olduğu halda, 2026-cı ildə bu rəqəm 632 dollara qalxıb. Yəni 1 tonun orta qiyməti 105 dollar və ya 20% bahalaşıb.
Azərbaycan nefti hansı ölkəyə neçəyə satılıb?
Azərbaycan neftinin əsas bazarı böyük fərqlə İtaliya olaraq qalır. 2026-cı ilin yanvar-avqustunda İtaliyaya 8,47 milyon ton neft satılıb və bundan 5,23 milyard dollar gəlir əldə olunub. Ölkədən satılan neftin 58%-i İtaliyaya göndərilib. İtaliyaya göndərilən neftin bir tonunun orta ixrac qiyməti 617 dollar və ya 1 barelinin qiyməti 83,4 dollar olub.
Satış həcminə görə ikinci ölkə Çexiyadır – Azərbaycan 8 ayda bu ölkəyə 1 milyon tondan artıq neft satıb. Çexiyaya satılan neftin orta qiyməti 672 dollar/ton və ya 1 barel üçün 91 dollar təşkil edib.
Neft ixracında diqqəti çəkən ölkə Hindistandır. Azərbaycanan bu ölkəyə neft satışı son bir ildə 300 dəfə artıb. Daha dəqiqi, Azərbaycan Hindistana iri həcmdə neft satmağa başlayıb. 8 ayda Hindistana ümumi dəyəri 399 milyon dollar olan 524 min ton neft satılıb. Neftin orta qiyməti 761 dollar/ton olub, bu xaricə satılan neft üçün ən yüksək qiymətdir. Başqa sözlə, Hindistana neftin 1 bareli 102,93 dollardan satılıb.
Başqa sözlə, 2026-cı ilin ilk 8 ayında Azərbaycan neftinin hesablanmış ümumi orta ixrac qiyməti təxminən 85,5 dollar/barrel olduğu halda, ölkələr üzrə göstərici Portuqaliyada 76 dollardan Hindistanda 103 dollara qədər dəyişir.
2026-cı ilin ilk 8 ayının göstəricilərinə əsasən vəziyyət:
|
Ölkə |
İxrac, min ton |
Məbləğ, mln $ |
Orta qiymət, $/ton |
Hesablanmış orta qiymət *, $/barrel |
|
Hindistan |
524,3 |
399,2 |
761,35 |
102,93 |
|
İsveçrə |
272,5 |
193,6 |
710,44 |
96,04 |
|
Bolqarıstan |
358,8 |
253,1 |
705,36 |
95,36 |
|
Çexiya |
1 060,0 |
712,8 |
672,40 |
90,90 |
|
Yunanıstan |
284,4 |
182,8 |
642,69 |
86,89 |
|
Rumıniya |
924,9 |
581,7 |
628,93 |
85,02 |
|
Tunis |
429,4 |
266,3 |
620,19 |
83,84 |
|
İtaliya |
8 470,7 |
5 226,1 |
616,96 |
83,41 |
|
Almaniya |
449,5 |
262,3 |
583,41 |
78,87 |
|
Portuqaliya |
395,0 |
222,0 |
561,87 |
75,96 |
|
Digər ölkələr |
1 508,3 |
982,1 |
651,17 |
88,03 |
|
Cəmi |
14 678,0 |
9 281,9 |
632,37 |
85,49 |
* - bu rəqəm statistik ixrac dəyəri və tonnaj əsasında, Azeri Light-ın sıxlığı qəbul edilməklə FED.az tərəfindən hesablanmış göstəricidir.












