Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat və rəqəmsal inkişaf üzrə yol xəritəsinin hazırlanması və qəbul edilməsi məsələləri müzakirə edilib.
FED.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Müzakirələr nazirin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dunkan Normanla görüşündə baş tutub.
"Görüşdə Azərbaycan və Böyük Britaniya arasında nəqliyyat, rəqəmsal inkişaf, süni intellekt və kibertəhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə etdik. Böyük Britaniyanın Orta Dəhlizin inkişafına verə biləcəyi töhfələr, həmçinin qabaqcıl Britaniya şirkətləri ilə Azərbaycanda data mərkəzlərinin və digər rəqəmsal infrastruktur layihələrinin həyata keçirilməsi üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq" - deyə o qeyd edib.












