Gələn il Dövlət Vergi Xidmətiinin büdcəyə təmin edəcəyi vergi daxil olmaları 2026-ci illə müqayisədə daha 1,5 milyard manat artıq olacaq.
Qarşıdakı 4 ildə dolların məzənnəsii üzrə – HÖKUMƏTİN PROQNOZU
Təcili: 2027-ci ilin büdcəsi açıqlandı – YENİ RƏQƏMLƏR
Gələn il dövlət büdcəsində - NEFTİN QİYMƏTİ AÇIQLANDI
Gələn il üçün vergi yığımları planı – 1,5 MİLYARD MANAT ARTIRILIR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2027-ci ilin dövlət büdcəsi layihəsinə görə, gələn il dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430,0 milyon manatını Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar təşkil edəcək.
Bu da 2026-ci ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat və ya 9 faiz artıqdır.
2025-ci illə müqayisədə isə vergi planı 2 milyard manat artıb.
Büdcə layihəsinə görə, Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80,6 faizi və ya 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 faizi və ya 3 milyard 580 milyon manatı neft-qaz sektorunun payına düşür.
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyon manat, 2025-ci ilin faktı ilə müqayisədə 495,1 milyon manat çoxdur.
Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 11 milyard 900 milyon manatı və ya 30,3 faizi Dövlət Neft Fondundan transfertin payına düşür.
Büdcə gəlirlərinin 855 milyon manatı və ya 2,2 faizi səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlərin hesabına təmin olunacaq.
Gəlirlərin 599,0 milyon manatı və ya 1,5 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 585,0 milyon manatı və ya 1,5 faizi isə sair gəlirlərin payına düşür.












